
Argentinalı futbolçu Lionel Messinin çıxış etdiyi “İnter Mayami” klubu Böyük Futbol Liqasının (MLS) pley-off mərhələsində Şərq Konfransının qalibi olub.
Yeniavaz.com xəbər verir ki, bu, hücumçunun karyerasında 47-ci komanda kuboku olub.
Bununla da, Messi yeni rekorda imza atıb.
Futbolçunun titullarının tam siyahısını təqdim edirik.
Beynəlxalq titullar
- Dünya Kuboku (2022)
- Olimpiya Oyunları (2008)
- Amerika Kuboku (2 - 2021, 2024)
- Finalissima (2022)
- FIFA U-20 Dünya Çempionatı (2005).
Klub titulları
“Barselona”
- Çempionlar Liqası (4 - 2005/06, 2008/09, 2010/11, 2014/15)
- UEFA Super Kuboku (3 - 2009, 2011, 2015)
- Klublararası Dünya Çempionatı (3 - 2009, 2011, 2015)
- İspaniya Çempionatı (10 - 2004/05, 2005/06, 2008/09, 2009/10, 2010/11, 2012/13, 2014/15, 2015/16, 2017/18, 2018/19)
- İspaniya Kuboku (7 - 2008/09, 2011/12, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2020/21)
- İspaniya Superkuboku (8 - 2005, 2006, 2009, 2010, 2011, 2013, 2016, 2018).
“Pari Sen-Jermen”
- Fransa Çempionatı (2 - 2021/22, 2022/23)
- Fransa Superkuboku (2022).
“İnter Mayami”
- Şimali Amerika Liqa Kuboku (2023)
- MLS Çempionatı (2024)
- MLS Pley-off mərhələsi Şərq Konfransı (2025).
Fərdi titullar
- “Qızıl top” (8 - 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021, 2023)
- FIFA - “İlin ən yaxşı oyunçusu” (8 - 2009, 2010, 2011, 2012, 2015, 2019, 2022, 2023)
- UEFA – “İlin ən yaxşı oyunçusu” (3-cü - 2008/09, 2010/11, 2014/15)
- “Qızıl buts” (6 - 2009/10, 2011/12, 2012/13, 2016/17, 2017/18, 2018/19)
- “Copa America” – “Ən yaxşı oyunçu” (2-ci - 2015, 2021)
- İspaniya çempionatı – “Ən yaxşı futbolçu” (9 - 2008/09, 2009/10, 2010/11, 2011/12, 2012/13, 2014/15, 2016/17, 2017/18, 2018/19)
- Argentina – “İlin futbolçusu” (16 - 2006, 2007, 2008, 2009, 2010, 2011, 2012, 2013, 2015, 2016, 2017, 2019, 2020, 2021, 202, 202)
- Argentina – “İlin idmançısı” (4 - 2011, 2021, 2022, 2023)
- FIFA – “İlin Komandası” (17 - 2007, 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019, 2020, 202, 202).
Tətbiqimizi yükləyə bilərsiniz