
Gümüşün qiyməti bazar ertəsi ticarət zamanı 2%-dən çox artaraq, bir unsiya üçün 57,86 dollara çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, bununla da gümüşün qiyməti bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Qiymətli metal ardıcıl altıncı ticarət sessiyasında bahalaşıb. Onun qiyməti ilin əvvəlindən iki dəfədən çox bahalaşıb. Qızılın qiymətində isə bu bahalaşma 1,6 dəfə təşkil edib.
“ANZ Group”un əmtəə analitiki Deniel Hayns qlobal bazarda çatışmazlığın hələ də hiss olunduğunu bildirib.
O, qızılın qiymətinin sabitləşməsi ilə investorların diqqətlərini gümüşə istiqamətləndirdiklərini qeyd edib.
Spot qızıl qiymətləri isə bazar ertəsi günü 0,1% azalaraq bir unsiya üçün 4,225,91 dollar olub.
Tətbiqimizi yükləyə bilərsiniz