Bu bank kartı ilə ödəniş etsəniz, metroda gediş haqqı 48 qəpik olacaq


Xəbər verdiyimiz kimi, bir müddət əvvəl “Bakı Metropoliteni” NFC-ni (təmassız) dəstəkləyən bütün yerli bank kartları vasitəsilə metro keçidlərinin ödənilməsinin mümkün olduğunu açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, son günlər bəzi banklar kartlar vasitəsilə ödənişlərə görə “keşbek” (“cashback”) kampaniyaları elan ediblər.
Bəs hansı bank kartları ilə metroda gediş haqqı ödənilən zaman “keşbek” almaq mümkündür?
Məsələ ilə bağlı Yeniavaz.com bir neçə bankla əlaqə saxlayaraq məlumat əldə edib.
Azərbaycan Beynəlxalq Bankından (ABB) bildirilib ki, “Tam DigiCard” istifadəçiləri “Google Pay” və ya “Apple Pay” vasitəsilə metro ödənişi etdikdə, “Metroda keşbek” kampaniyası çərçivəsində hər 5-ci gedişin məbləğini (0,60 AZN) 100% keşbek kimi geri ala bilirlər. ABB-dən bildirilib ki, kampaniya bir müştəri üçün maksimum 30 gedişi (6 dəfə keşbek) əhatə edir və yalnız 13 noyabr – 10 dekabr 2025 tarixləri arasında keçərlidir.
“Xalq Bank” metro ödənişlərinə görə hər hansı “keşbek” təqdim etmədiklərini bildirib.
“Leobank” kartının sahibi olan “Unibank”dan isə bildirilib ki, kartı “Google Pay” və ya “Apple Pay”ə əlavə edib metroda ödəniş edən müştərilər ilk ödənişdə 30%, sonrakı ödənişlərdə isə 20% “keşbek” qazana bilirlər. Bankdan verilən məlumata görə, bu da 60 qəpiklik metro qiymətini praktik olaraq 48 qəpiyə endirir.
“Kapital Bank”ın “Birbank” kartına sahib olan şəxslərə də metro ödənişlərinə görə hər hansı “keşbek” təqdim edilmir.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top