
ATƏT Minsk Prosesini və onunla əlaqəli strukturları bağlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə təşkilatın bəyanatında bildirilib.
“ATƏT Minsk Prosesinin və əlaqədar strukturların bağlanması üzrə işini Ermənistan və Azərbaycanın ATƏT-in sədrliyinə birgə müraciətindən sonra 1 sentyabr 2025-ci il tarixində qəbul edilmiş Nazirlər Şurasının qərarına uyğun olaraq 30 noyabr 2025-ci il tarixində saat 23:59-da başa çatdırıb”, - bəyanatda qeyd edilib.
Həmçinin, bəyanatda qeyd edilib ki, bütün zəruri inzibati prosedurların başa çatdırılması bağlanma prosesinin başa çatması deməkdir.
“Bu proses 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə imzaladığı tarixi Birgə Bəyannamənin ardınca qəbul edilmiş, sentyabrın 1-də ATƏT-in 57 iştirakçı dövlətinin hamısının konsensus qərarının icrası idi”, - mətndə bildirilib.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupu 1992-ci ildə yaradılıb və ona Rusiya, Fransa və ABŞ sədrlik edib.
Tətbiqimizi yükləyə bilərsiniz