
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində qətimkan tədbiri seçildiyi bildirilir.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, onun barəsində Səbail rayon Məhkəməsində qərar qəbul olunub.
Məlumata görə, məhkəmənin qərarı ilə M. İbrahim barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
***13:00
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimə ittiham elan olunduğu bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Bildirilib ki, ona Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, noyabrın 29-da AXCP sədri Əli Kərimli və partiyanın rəyasət heyətinin üzvü Məmməd İbrahimin evlərində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən axtarış aparılması, daha sonra onların DTX-yə aparılaraq orada dindirilmələri barədə yerli KİV-də məlumat yayılıb. Daha sonra partiyanın funksionerləri məlumatı təsdiqləyiblər.
Ötən gün – noyabrın 30-da isə yerli KİV Əli Kərimli və Məmməd İbrahimin Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevlə bağlı DTX-də davam edən cinayət işi üzrə artıq şübhəli şəxs qismində istintaqa cəlb edildiklərini yazıb.
Tətbiqimizi yükləyə bilərsiniz