
AXCP sədri Əli Kərimli barəsində həbs qətimkan tədbirinin seçildiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli barəsində Səbail rayon Məhkəməsində təqdimata baxılıb:
“Məhkəmə onun barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib”.
***11:31
AXCP sədri Əli Kərimliyə ittiham elan olunduğu bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA məlumat yayıb.
“Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimliyə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb”, - agentliyin məlumatında deyilir.
Xatırladaq ki, noyabrın 29-da AXCP sədri Əli Kərimli və partiyanın rəyasət heyətinin üzvü Məmməd İbrahimin evlərində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən axtarış aparılması, daha sonra onların DTX-yə aparılaraq orada dindirilmələri barədə yerli KİV-də məlumat yayılıb. Daha sonra partiyanın funksionerləri məlumatı təsdiqləyiblər.
Ötən gün – noyabrın 30-da isə yerli KİV Əli Kərimli və Məmməd İbrahimin Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevlə bağlı DTX-də davam edən cinayət işi üzrə artıq şübhəli şəxs qismində istintaqa cəlb edildiklərini yazıb.
Tətbiqimizi yükləyə bilərsiniz