
TON (The Open Network) blokçeynində mərkəzsizləşdirilmiş məxfi hesablama şəbəkəsi “Cocoon” (Confidential Compute Open Network) istifadəyə verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Telegram”ın həmtəsisçisi Pavel Durov məlumat yayıb.
“Bizim mərkəzsizləşdirilmiş məxvi hesablama şəbəkəmiz “Cocoon” işə düşdü. “Cocoon” artıq istifadəçilərin süni intellekt üçün ilk sorğularını 100% məxfiliklə emal edir”, - o, “Telegram” kanalında bildirib.
Durov mesajların avtomatik tərcüməsi ilə bağlı bəzi “Telegram” sorğularının artıq bu şəbəkədən keçdiyini qeyd edib.
Sahibkar həmçinin qeyd edib ki, tərtibatçılar hesablama resurslarına “Microsoft” və ya “Amazon” kimi mərkəzləşdirilmiş provayderlərdən daha aşağı qiymətə çıxış əldə edirlər.
O, əlavə edib ki, qrafik kart sahibləri öz avadanlıqlarını “Cocoon”a birləşdirərək real vaxt rejimində TON kriptovalyutası qazana bilərlər.
Hazırda “Cocoon” layihəsi ənənəvi süni intellektlə işləyən hesablama provayderləri ilə bağlı həm iqtisadi, həm də məxfilik məsələlərini həll edir.
Tətbiqimizi yükləyə bilərsiniz