
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 462,8 milyon manat vəsait daxil olub.
Yeniavaz.com xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 8,2 milyon manat və ya 0,6% artıb.
Bu ilin oktyabr ayı ərzində isə banklara 156,1 milyon manat daxil olub. Ötən ilin oktyabr ayında bu göstərici 122,3 milyon manat təşkil edib.
Azərbaycanda sürətli pul köçürmə sistemləri vasitəsilə banklardan kənara göndərilən vəsait isə 405 milyon manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 36 milyon manat və ya 8,2% az olub.
Bu ilin oktyabr ayı ərzində banklardan xaricə 42,7 manat köçürülüb və ötən ilin oktyabr ayında bu göstərici 47,5 milyon manat təşkil edib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz