
Bu ilin yanvar-oktyabr aylarında işğaldan azad olunan ərazilərdən yığılan taxıl və digər paxlalı bitkilər ölkə üzrə ümumi istehsalın 9,5%-ni təşkil edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycanda payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə ümumilikdə 3 milyon 25 min 712,4 ton məhsul istehsal edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 56 min ton artım deməkdir.
Qeyd edək ki, bu ilin ilk 10 ayı ərzində işğaldan azad olunan ərazilərdən ümumilkdə 288 min 604,7 ton taxıl yığılıb.
İşğaldan azad olunan rayonlar üzrə yığım aşağıdakı kimi olub:
Ağdam r. – 63 506 ton;
Ağdərə r. – 7 179 ton;
Füzuli r. – 139 445 ton;
Xocalı r. – 4 492 ton;
Xocavənd ş. – 32 924,5 ton;
Şuşa r. – 3 883,6 ton;
Kəlbəcər r. – 293,2 ton;
Qubadlı r. – 11 268,2 ton;
Laçın r. – 3 039,4 ton;
Zəngilan r. – 6 283,3 ton;
Cəbrayıl r. – 16 289,5 ton.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz