
ABŞ Pprezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Ukrayna böhranının həlli ilə bağlı danışıqları davam etdirmək üçün dekabrın 1-də Moskvaya gedəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə görüşü dekabrın 2-də nəzərdə tutulub.
Qeyd edək ki, noyabrın 30-da Floridada ABŞ və Ukrayna nümayəndələri arasında məsləhətləşmələr baş tutub. Müzakirə zamanı münaqişənin dayandırılması yolları, iqtisadi və təhlükəsizlik məsələlərinin uzunmüddətli həlli yolları, Ukraynada seçkilərin keçirilməsi perspektivləri, ərazi məsələləri müzakirə olunub. Müzakirələr zamanı Kiyev üçün təhlükəsizlik təminatı məsələləri də qaldırılıb, lakin nəşrin qeyd etdiyi kimi, mövzu açıq qalıb.
Tətbiqimizi yükləyə bilərsiniz