
ABŞ rəsmiləri ilə qeyri-rəsmi danışıqlar zamanı Venesuela Prezidenti Nikolas Maduro 18 ay ərzində istefaya hazır olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı mənbəyə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, bəzi ABŞ rəsmiləri Karakas və Vaşinqton arasında münaqişənin həlli üçün belə bir istefa təklifini məqbul hesab ediblər. Bununla belə, Ağ Ev son nəticədə Venesuela Prezidentinin dərhal istefasını tələb edib.
Qeyd edək ki, noyabrın 29-da ABŞ Prezidenti Donald Tramp “TruthSocial” sosial media platformasında Venesuela üzərindəki hava məkanını bağladığını elan edib.
Vaşinqton Venesuela hakimiyyətini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə kifayət qədər mübarizə aparmamaqda ittiham edir. ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizinə nüvə sualtı qayığı olan “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi zərbə qrupunu və 16 mindən çox şəxsi heyət yerləşdirib. Sentyabr ayından bəri ABŞ qüvvələri bölgədə ən azı 20 sürətli qayığı batırıb və nəticədə 80-dən çox insan həlak olub.
Amerika mediası dəfələrlə yazıb ki, Birləşmiş Ştatlar tezliklə Bolivar Respublikası ərazisinə zərbələr endirə bilər. Noyabrın 27-də Tramp bəyan edib ki, Vaşinqton narkotik qaçaqmalçılığı ilə əlaqədar olaraq çox yaxın tarixdə quru əməliyyatlarına başlayacaq. Lakin o, mümkün hərbi əməliyyatlar barədə təfərrüatları açıqlamayıb.
Tətbiqimizi yükləyə bilərsiniz