
İspaniya çempionatının 14-cü turunda “Real Madrid” Kataloniyada “Jirona” ilə qarşılaşıb.
Yeniavaz.com xəbər verir ki, nəticə 1:1 hesablı heç-heçə olub.
“Jirona”nın mərakeşli yarımmüdafiəçisi Azzedine Unai 45-ci dəqiqədə fərqlənib.
“Kral klubu”nun cavab qolunu 67-ci dəqiqədə fransalı hücumçu Kilian Mbappe penaltidən vurub.
Qeyd edək ki, “Real Madrid” hazırda lider “Barselona”dan (34) bir xal geridədir.
Tətbiqimizi yükləyə bilərsiniz