
Noyabrın 28-də “Wan Fook Court” yaşayış kompleksində ən azı 128 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı aparılan istintaq çərçivəsində 11 nəfər həbs edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) qəzeti məlumat yayıb.
Onlardan 8 nəfər Honq-Konq Korrupsiyaya Qarşı Müstəqil Komissiya, 3 nəfər Honq-Konq Polis İdarəsi tərəfindən həbs olunub.
Digər tərəfdən, Honq Konq hakimiyyəti yaşayış kompleksində baş verən yanğında ölən və yaralananların ailələrinə kompensasiya ödəyəcəyini bildirib. Ölən hər bir şəxsin ailəsinə 200 min Honkonq Konq dolları (25 min 700 ABŞ dolları) veriləcək. Bu insidentdə xəsarət alan hər bir şəxs əvvəllər vəd edilmiş 10 min Honkonq Konq dolları (1 300 ABŞ dolları) ödənişinə əlavə olaraq 50 min Honkonq Konq dolları (6 min 400 ABŞ dolları) müavinət alacaq. Bundan əlavə, bütün zərərçəkənlərə müvəqqəti yaşayış yeri pulsuz veriləcək.
Qeyd edək ki, Honq Konqun Tay Po rayonundakı səkkiz binadan və təxminən 2 min mənzildən ibarət yaşayış kompleksində güclü yanğın baş verib. Yanğının binaların binaların kosmetik təmiri üçün istifadə olunan bambuk pilləkənlərdən başladığı və güclü küləyin təsiri ilə sürətlə yayıldığı bildirilib. Yanğını iki gün sonra söndürmək mümkün olub. 2 gün davam etmiş yanğın nəticəsində 128 nəfər ölüb, 12-si yanğınsöndürən olmaqla, 79 nəfər xəsarət alıb.
Xatırladaq ki, “Wan Fook Court” yaşayış kompleksində baş verən yanğın şəhər tarixində ən ölümcül yanğın olub. Tələfat baxımından əvvəlki ən böyük yanğın 41 nəfərin ölümü və 81 nəfərin yaralanması ilə nəticələnən 1996-cı ildə “Garley” Binasında baş vermiş yanğın olub. Şəhər tarixindəki ən ölümcül yanğın 1918-ci il fevralın 27-nə təsadüf edir. “Happy Valley” Yarış Parkında yanğın zamanı tribunanın çökməsi nəticəsində 600-dən çox adam həlak olub.
Tətbiqimizi yükləyə bilərsiniz