
Rusiya Prezidenti Vladimir Putin gələn həftənin birinci yarısında ölkəyə səfər edən amerikalı nümayəndələr ilə görüşəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Peskov qeyd edib ki, Kreml konkret tarixi daha sonra açıqlayacaq:
“Həftənin birinci yarısında. Vaxtı gələndə günü açıqlayacağıq. Amma dəqiqdir ki, həftənin birinci yarısı olacaq”.
Tətbiqimizi yükləyə bilərsiniz