Qara dənizdə tanker yandı


Qara dənizdə “Kairos” tankerində partlayış və yanğın baş verib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Tribeca” gəmiçilik agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Türkiyənin Boğaziçi boğazının şimalında baş verib.
Balastda olan Qambiya bayraqlı tanker hadisə zamanı Bosfor boğazından təxminən 52 mil şimalda üzürdü.
İlkin məlumatlara görə, gəmi minaya düşmüş ola bilər və batmaq təhlükəsi ilə üzləşib.
Qeyd edilib ki, kömək üçün sahil mühafizəsi göndərilib.
Boğaziçi ilə gəmi hərəkəti davam edir.

DİGƏR XƏBƏRLƏR

Top