
Honq-Konq hakimiyyəti yaşayış kompleksində baş verən yanğında ölən və yaralananların ailələrinə kompensasiya ödəyəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Yanğın zamanı azı 128 nəfər həlak olub. Məlumata görə, ölənlərin hər birinin ailəsinə 200.000 Honq-Konq dolları (25.700 ABŞ dolları), həmçinin dəfn xərcləri üçün dövlət dəstəyi veriləcək. İnsident zamanı xəsarət alan hər bir şəxs əvvəllər vəd edilmiş 1300 ABŞ dollarına əlavə olaraq 6 400 ABŞ dolları müavinət alacaq. Təsirə məruz qalan hər bir ailəyə onların təcili ehtiyaclarına kömək etmək üçün xüsusi sosial işçi də təyin olunacaq. Müvəqqəti mənzil bütün zərərçəkənlərə pulsuz veriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz