
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Böyük Britaniyanın “The World Universities Insights Limited” təşkilatı ilə satınalma müqaviləsi bağlayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə “DataPoints” paketinə 3 illik abunəlik xidməti ilə bağlıdır.
Qeyd edək ki, müqavilənin dəyəri 155 min 291 manat 40 qəpik təşkil edir. Xidmətin icrasına 26 noyabr 2025-ci ildə başlanılıb və abunəliyin bitmə tarixi 27 noyabr 2028-ci il olaraq göstərilir.
Məlumat üçün bildirək ki, “The World Universities Insights Limited” universitetlərin qlobal reytinq, analitika və performans göstəricilərinin müqayisəli təhlili üçün “DataPoints” adlı platforma təqdim edir. Bu platforma ali təhsil müəssisələrinin tədqiqat, tədris, sitat göstəriciləri və digər sahələr üzrə analitik məlumatlar əldə etməsinə imkan yaradır.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz