Putinin Bişkekə səfəri zamanı Ukrayna səfirliyinin binası “gizlədilib”?


Rusiya Prezidenti Vladimir Putinin Qırğızıstanın paytaxtı Bişkekə səfəri öncəsi Ukrayna səfirliyinin binası yaxınlığında böyük ekran quraşdırılıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin liderlərinin sammitinin keçirildiyi Qırğızıstan prezidentinin iqamətgahı Ukrayna səfirliyinin yaxınlığında yerləşir.
Putin noyabrın 26-da Bişkekə gəlib, ertəsi gün isə sözügedən sammitdə iştirak edib.
Jurnalist Qriqori Pirlik bildirir ki, Ukrayna səfirliyinin yaxınlığında ucaldılmış tikiliyə orada dalğalanan Ukrayna bayrağını tamamilə əhatə edən böyük ekran quraşdırılıb.
Qırğızıstan prezidentinin mətbuat xidməti bildirib ki, ekran protokol hadisələrinin əyani müşayiəti və hökumətin videomateriallarının nümayişi üçün quraşdırılıb.
Media Ukrayna səfirliyinin “gizlədilməsini” Putinin səfəri ilə əlaqələndirir. Ukrayna səfirinin müşaviri Denis Autonomov da bunu istisna etmir. O deyib ki, “aydın səbəb-nəticə əlaqəsi var”.

DİGƏR XƏBƏRLƏR

Top