Qızıldan sonra ən çox pomidor və karbamid ixrac edirik


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artaraq 2,99 milyard dollar olub.
Yeniavaz.com
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (276,8 milyon dollar) birinci olub.
Bu siyahıda pomidor (tomat) (159,8 milyon dollar) ikinci, karbamid (153 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
Bu ilin on ayında Rusiyaya 968,9 milyon dollar, Türkiyəyə 486,3 milyon dollar, İsveçrəyə 288,3 milyon dollar, Gürcüstana 273,6 milyon dollar, Ukraynaya isə 171,4 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top