“3+3” formatında növbəti görüşün yeri hələ bəlli deyil


“3+3” formatında növbəti görüşün vaxtı və yeri hələ müəyyənləşməyib”.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, iclasın təşkili bir neçə aydır müzakirə olunur. İştirakçı ölkələr görüşün İrəvan və ya Bakıda keçirilməsi variantlarını nəzərdən keçirirlər.
Nazirlik xatırladıb ki, əvvəlki görüşün yekunları üzrə regional məsləhət platformasının iştirakçıları növbəti iki görüşün İrəvan və Bakıda keçirilməsinin vacibliyi ilə bağlı qarşılıqlı anlaşma əsasında diplomatik kanallar vasitəsilə növbəti görüşün tarixini və yerini müəyyən etmək barədə razılığa gəliblər.
“Bu sahədə konstruktiv müzakirələr davam edir”, -Ermənistan XİN aydınlıq gətirib.
Qeyd edək ki, Ermənistan, Azərbaycan və Gürcüstanın, habelə Rusiya, İran və Türkiyənin daxil olduğu “3+3” formatı çərçivəsində bu günə qədər üç görüş keçirilib. Bu görüşlər müvaviq olaraq Moskva, Tehran və İstanbulda baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top