
Ermənistanın Vardenis şəhəri yaxınlığında minanın partlaması nəticəsində iki müqaviləli hərbçi yaralanıb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hərbçilər hadisə zamanı xidmətdə olmayıblar.
“Onlar xidməti vəzifələrindən kənar şəraitdə xəsarət alıblar. Onların həyatları üçün heç bir təhlükə yoxdur”, - nazirlikdən bildirilib.
Nazirliyin bildirdiyinə görə, qalan detalların aydınlaşdırılması üçün müvafiq orqanlar tərəfindən araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz