
Dövlət Sosial Müdafiə Fondu (DSMF) həmin qurumdan sosial ödəniş alanlara sosial dəstək məqsədilə “Sosial tərəfdaş” layihəsinə başlayıb.
Yeniavaz.com xəbər verir ki, layihə çərçivəsində müxtəlif supermarketlər, apteklər, mağazalar, klinikalar və xidmət göstərən şirkətlər sosial kateqoriyadan olan şəxslərə xüsusi güzəştlər təqdim edir.
Yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiya, həmçinin sosial müavinət alan şəxslər əvvəlcə “e-Sosial” mobil tətbiqini yükləməli, tətbiq daxilində öz sosial statuslarını təsdiq etdirməlidirlər. Təsdiqdən sonra sistem vətəndaşa xüsusi QR-barkod təqdim edir. Bu barkod hər alış-veriş zamanı kassirə göstərildikdə, həmin müəssisə “Sosial Tərəfdaş” siyahısında olduğu təqdirdə, endirim avtomatik tətbiq edilir. Güzəştlərdən həm nağd, həm də nağdsız ödəniş zamanı yararlanmaq mümkündür.
Hazırda proqramda iştirak edən şirkətlərin endirimləri xidmətin növünə görə dəyişir. Əksər mağazalarında endirimlər 2-5% aralığında dəyişir. Bəzi yerlərdə isə endirim faziləri 10-20-ə kimi yüksələ bilir.
Endirim edən şirkətlərin siyahısı və endirim faizləri ilə bu keçidə daxil olaraq tanış ola bilərsiniz.
Videoda QR-barkodunun alınması qaydası izah olunur:
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz