Keçmiş prezidentə 11 il yarım iş verildi


Peru məhkəməsi keçmiş Prezident Pedro Kastilyonu üsyan təşkil etməkdə ittiham edərək, 11 il 5 ay 15 gün həbs cəzasına məhkum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə RPP radiosu məlumat yayıb.
Meksikanın Limadakı səfirliyində gizlənən keçmiş Baş nazir Betsi Çaves də analoji cəza alıb.
2022-ci il dekabrın 7-də Kastilyo onun korrupsiya ittihamı ilə impiçmentinə baxılmazdan əvvəl Konqresi buraxmağa cəhd edib.
Ancaq qanunvericilər səsverməni ləğv etməyib və prezidentin vəzifəsindən kənarlaşdırılmasını səs veriblər. Daha sonra Kastilyo saxlanılıb.
Üsyan təşkil etmək ittihamı ilə həmçinin keçmiş Baş nazir Betsi Çavesə qarşı da cinayət işi açılıb.

DİGƏR XƏBƏRLƏR

Top