Qvineya-Bisauya müvəqqəti prezident təyin edildi


General Orta N'Tam keçid dövrü üçün Qvineya-Bisau prezidenti təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
Bildirilib ki, general artıq and içib.
N'Tam bir gün əvvəl prezident Umaru Sisoka Embalonu devirərək ölkədə hakimiyyəti ələ keçirən hərbçilər tərəfindən dövlət başçısı təyin edilib. Qvineya-Bisauda keçid dövrünün bir il davam edəcəyi açıqlanıb.
SABC yerli media qrupunun məlumatına görə, general-mayor rütbəsi ilə N'Tam 2023-cü ilin payızından Qvineya-Bisau Ordusunun Baş Qərargah rəisi vəzifəsində çalışıb. Bundan əvvəl o, ölkənin Milli Qvardiyasına komandanlıq edib.
Xatırladaq ki, ötən gün hərbçilər Qvineya-Bisauda hakimiyyəti ələ keçirərək, dövlət çevrilişi edərək prezidenti hakimiyyətdən uzaqlaşdırdılar. Onlar Asayişin Bərpası üzrə Ali Hərbi Komandanlığın hakimiyyəti öz üzərinə götürdüyünü elan etdilər.

DİGƏR XƏBƏRLƏR

Top