“Səbail” baş məşqçisi ilə yollarını ayırdı


Azərbaycan I Liqa təmsilçisi “Səbail” baş məşqçisi Elvin Məmmədovla yollarını ayırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında öz əksini tapıb.
Məlumata görə, qərar komandanın İdarə Heyətinin iclasından sonra qəbul edilib.
İclasda İdarə Heyətinin üzvləri ilə yanaşı, klubun məşqçi heyəti də iştirak edib və mövsümün əvvəlindən bu günə qədər keçirilmiş oyunların nəticələri müzakirə olunub.
İclasda baş məşqçi Elvin Məmmədovun hesabatı dinlənilib. İclasın sonunda Elvin Məmmədovun istəyinə əsasən baş məşqçi və köməkçiləri ilə klub arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İdarə Heyəti məşqçilərə göstərdiyi xidmətlərə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, “Səbail” bu gün I Liqanın IX turunda doğma meydanda “Cəbrayıl” kollektivinə 0:2 hesabı ilə uduzub. “Dənizçilər” 23 xalla I Liqanın lideri olan “Şəfa”dan 5 xal geri qalaraq ikinci sırada yer alıblar.

DİGƏR XƏBƏRLƏR

Top