
Rusiya məhkəməsi mərhum müxalif siyasətçi Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondunu terror təşkilatı elan edib.
Yeniavaz.com RBK-ya istinadla xəbər verir ki, Rusiya Ali Məhkəməsi məsələ ilə bağlı Rusiya Baş Prokurorluğunun oktyabrın 22-də qaldırdığı iddiasını təmin edib.
Qərar hakim Oleq Nefedovun qapalı keçirilən məhkəmə iclasında çıxarılıb və dərhal qanuni qüvvəyə minib.
Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə Fondu 2011-ci ildə müxalif siyasətçi, 2024-cü ilin fevralında cəzaçəkmə müəssisəsində vəfat edən Aleksey Navalnı tərəfindən yaradılıb. Rusiya daha əvvəl fondu ekstremist təşkilat, xarici agent kimi tanıyıb və bu təşkilatın fəaliyyətini qadağan edib.
Tətbiqimizi yükləyə bilərsiniz