“KTMT Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının tərəfdarıdır”


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına tərəfdardır.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə KTMT-nin Bişkek sammitində qəbul edilən yekun bəyannamədə deyilir.
“Biz Azərbaycan və Ermənistan arasında fəal dövlətlərarası dialoqu məmnunluqla qeyd edirik. Biz hərtərəfli nizamlanmanın və tərəflər arasında qeyd-şərtsiz sülh müqaviləsinin tezliklə imzalanmasının tərəfdarıyıq”, - bəyannamədə qeyd edilir.
Qeyd edək ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşün yekunları üzrə birgə bəyannamə imzalayıblar. Bəyannamə Bakı və İrəvanın sülh arzusunu vurğulayan yeddi bəndi ehtiva edir. Sənəddə qeyd olunur ki, tərəflər sülhün yaradılması və münasibətlərin bərpası haqqında müqavilənin razılaşdırılmış mətnini paraflayıb və onun yekun ratifikasiyasına çalışacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top