Mbappe Çempionlar Liqasında rekorda imza atdı


İspaniyanın “Real Madrid” klubunun fransalı hücumçusu Kilian Mbappe Çempionlar Liqası tarixində bütün digər oyunçulardan (4) səfər matçlarında daha çox het-trik edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Squawka” nəşri “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Məlumata görə, Çempionlar Liqasının ümumi mərhələsinin 5-ci turunun “Olimpiakos”la oyununda (4:3) fransalı hücumçu 4 qol vurub.
Mbappe artıq cari yarışda 9 qol vuraraq Çempionlar Liqasında öz qol rekordunu yeniləyib.
Bundan əvvəl fransalı hücumçu Çempionlar Liqasında ən çox səkkiz qol vurub. Bu, 2020/21 və 2023/24 mövsümündə PSJ-nin rənglərini qoruduğu dövrdə baş verib.
Qeyd edək ki, “Real Madrid” hazırda 12 xalla Çempionlar Liqasının turnir cədvəlində 5-ci yerdədir. Komanda növbəti mərhələdə “Mançester Siti” ilə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top