Bankların problemli kreditləri artıb


Bu ilin noyabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən 31 milyard 169,4 milyon manat kredit verilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ilin əvvəlindən etibarən kredit portfeli 1 milyard 844 milyon manat artıb.
Kredit portfelində artıma paralel olaraq vaxtında geri qaytarılmayan kreditlər də artıb. Belə ki, yanvar ayında 475,1 milyon manat olan vaxtı keçmiş kreditlər oktyabr ayında 544,8 milyon manata yüksəlib. Problemli kreditlərin ümumi portfeldəki payı cəmi 1,6%-dən 1,7%-ə yüksəlib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top