“Azərsu”yun içməli suya nə qədər xlor qatdığı məlum oldu


İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (keçmiş “Azərsu” ASC) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi Türkiyənin “Grass Petrokimya İhracat İthalat Sanayi ve Limited” şirkəti olub.
“Grass Petrokimya İhracat İthalat Sanayi ve Limited” “Azərsu”ya 1300 ton maye xlor satacaq. Satılan maye xlorun ümumi dəyəri 1 milyon 530 min 932 manat təşkil edəcək. 1 ton maye xlorun qiyməti 1 178 manat olacaq.
Qeyd edək ki, “Azərsu” əvvəlki illərdə maye xloru “Old Line Trading Company” MMC şirkətindən satın alıb. Ötən il “Old Line Trading Company” MMC-dən 1300 ton maye xloru 1 milyon 560 min manata alınıb. Satınalma prosesinin bir il müddətində icra olunacağı bildirilib. Əvvəllər verilən açıqlamada bildirilib ki, maye xlor əhaliyə verilən içməli suda istifadə ediləcək.
Məlumat üçün qeyd edək ki, “Grass Petrokimya İhracat İthalat Sanayi ve Limited” şirkətinin 2002-ci ildən fəaliyyət göstərdiyi bildirilir. Şirkətin açıqlamasında göstərilir ki, onlar neft, qaz və kənd təsərrüfatı sənayesi üçün müxtəlif kimyəvi məhsullar istehsal edirlər.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top