“Seçkilərdə baş nazir postuna namizədliyimi irəli sürəcəyəm” – Paşinyan


“Mən 2026-cı il parlament seçkilərində “Vətəndaş Müqaviləsi” Partiyasından baş nazirliyə namizədliyimi irəli sürəcəyəm”.
Yeniavaz.com
“News.am” portalına istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 27-də jurnalistlərlə söhbətində bildirib.
Paşinyan əmin edib ki, “Vətəndaş Müqaviləsi” Partiyası demokratik partiyadır, burada seçki prosesləri açıq və şəffafdır, qərarlar kollegial şəkildə qəbul edilir.
“Partiyamızın siyasi fəaliyyətini mənim və ya başqasının şəxsiyyəti müəyyən etmir. Mən partiyanın İdarə Heyətinin sədriyəm və səsim həlledicidir, lakin bu, problemlərin şəxsi müstəvidə həll olunması demək deyil”, - baş nazir qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top