Renuarın naməlum tablosu rekord qiymətə satıldı


Fransalı impressionist Pyer Ogüst Renuarın (1841-1919) “Oyuncaqlı uşaq - Qabriel və rəssamın oğlu Jan” adlı heç vaxt satışa çıxarılmayan və nümayiş etdirilməyən rəsm əsəri Parisdə hərracda 1,8 milyon avroya satılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Ajens Frans Press” (AFP) agentliyi “Drouot” hərrac evinə istinadla məlumat yayıb.
Mütəxəssislər tablonun 1890-1895-ci illərə aid olduğunu bildiriblər.
Burada Renuarın ikinci oğlu Jan dayəsi ilə birlikdə təsvir edilir.
Məlumata görə, rəsm Janın xaç anası, Renuarın tələbəsi və dostu Janna Bodonun ailəsində saxlanılıb. Sənət əsəri Bodo ailəsində nəsildən-nəslə ötürülüb.
İncəsənət tarixçisi və Renuar eksperti Paskal Perren rəsm əsərinin heç vaxt bərpa olunmamasına baxmayaraq, çox yaxşı vəziyyətdə qaldığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top