Dünya Kubokunun ən gənc qalibi oldu


Özbəkistanlı şahmatçı Cavoxir Sindarov dünya kubokunun ən gənc qalibi olub.
Yeniavaz.com
xəbər verir ki, yarış Hindistanın Qoa kurortunda baş tutub.
Həlledici oyunda Sindarov çinli Vey Yini tay-brekdə 2,5:1,5 hesabı ilə məğlub edib.
Sindarov bu qələbəyə görə 120 min dollar qazanıb.
Rusiya şahmatçısı Andrey Esipenko isə üçüncü olub. O, üçüncü yer uğrunda yarışda özbəkistanlı Nodirbek Yakubboyev üzərində qələbə qazanıb. 
Hər üç idmançı Namizədlər Turnirinə vəsiqə qazanıb. Onun qalibi hazırkı dünya çempionu hindistanlı Qukeş Dommaracu ilə qarşılaşacaq.
Qeyd edək ki, 19 yaşlı Sindarov 2022-ci ildə Özbəkistan millisi ilə Şahmat Olimpiadasının qalibi olub.
Xatırladaq ki, 2026-cı il Namizədlər Turniri martın 28-dən aprelin 16-dək Kiprdə keçiriləcək və iki dövrəli sistemlə baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top