
Çempionlar Liqasında Liqa mərhələsinin V tur oyunları başa çatıb.
Yeniavaz.com xəbər verir ki, “Real Madrid” səfərdə Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşıb və meydandan 3:4 hesablı qələbə ilə ayrılıb.
Madrid təmsilçisinin bütün qollarını fransalı hücumçu Kilian Mbappe vurub.
İki “məğlubedilməz”in qarşılaşdığı gecənin ən əhəmiyyətli oyununda isə “Arsenal” Londonda Almaniya çempionu “Bavariya”nı 3:1 udub və onların bu mövsüm ÇL-dəki məğlubedilməzlik seriyasına son qoyub.
İtaliya ikincisi “İnter” də səfərdə “Atletiko Madrid”ə 2:1 hesabı ilə uduzub və məğlubedilməzlik seriyası başa çatıb.
Çempionlar Liqasının son çempionu PSJ isə Parisdə “Tottenhem Hotspur”u 5:3 hesabı ilə məğlub edib.
V turun ən sensasiyalı nəticəsi isə, şübhəsiz, İngiltərə çempionu “Liverpul”un doğma meydanında yaşanıb. Belə ki, Arne Slotun tələbələri azarkeşləri qarşısında Hollandiyanın “PSV Eindhoven” komandasına 1:4 hesabı ilə uduzublar.
Çempionlar Liqasında Liqa mərhələsinin V tur oyunlarının nəticələri belə olub:
“Arsenal” – “Bayern” 3:1;
“Olimpiakos” – “Real Madrid” 3:4;
“Atletiko” – “İnter” 2:1;
PSJ – “Tottenham” 5:3;
“Liverpool” – “PSV Eindhoven” 1:4;
“Ayntraxt Frankfurt” – “Atalanta” 0:3;
“Sportinq” – “Brügge” 3:0;
“Pafos” – “Monako” 2:2;
“Kopenhagen” – “Kayrat” 3:2.
Tətbiqimizi yükləyə bilərsiniz