Avropada təhlükəli “supergöbələk” yayılır


Avropada çox təhlükəli göbələk “Trichophyton indotineae” yayılır və artıq ona “supergöbələk” adı verilib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb. 
Mançester Universitetinin infeksion xəstəliklər üzrə mütəxəssisi Devid Denninqin fikrincə, bu növ göbələk qırmızı, qaşıntılı səpgilərə səbəb olur.
Onlar ilk növbədə qasıq, bud və omba bölgəsində görünür.
Nəşr iddia edir ki, Birləşmiş Krallıqda “Trichophyton indotineae” infeksiyasına yoluxma halları son üç ildə təxminən 500% artıb. Göbələk yoluxmuş şəxslə birbaşa təmas, çirklənmiş səthlər və ya cinsi əlaqə yolu ilə yayılır.
Denninq göbələyin yayılmasının bütün dünyada böyük problemə çevriləcəyinə əminliyini ifadə edib.

DİGƏR XƏBƏRLƏR

Top