Qvineya-Bisauda dövlət çevrilişinə cəhd baş verdi


Qvineya-Bisau Prezidenti Umaru Sisoko Embalo noyabrın 26-da günorta saatlarında prezident sarayındakı ofisində hərbi geyimli şəxslər tərəfindən saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkə başçısı “Jeune Afrique” nəşrinə məlumat verib.
Dövlət başçısının sözlərinə görə, onunla bərabər yüksək rütbəli hərbçilər, o cümlədən Baş Qərargah rəisi, onun müavini, ölkənin daxili işlər naziri saxlanılıb.
Prezident çevrilişin ordunun Quru Qoşunlarının rəisinin təşkil etdiyini iddia edir.
Nəşr qeyd edir ki, prezident sarayı və seçki komissiyasının binası yaxınlığında atəş səsləri eşidilib. Hərbi geyimli şəxslər prezident iqamətgahına gedən əsas yolda mövqe tutdular.
Xatırladaq ki, noyabrın 23-də Qvineya-Bisauda prezident seçkiləri keçirilib. Ölkəyə 2020-ci ildən rəhbərlik edən hazırkı prezident Umaru Sisoko Embalo və onun müxalifətdəki rəqibi Fernando Dias da Kosta qələbəni elan ediblər. KİV qeyd edir ki, səsvermə dinc şəraitdə keçib, lakin partiyası Kostanı dəstəkləyən əsas müxalifət lideri, Qvineya-Bisau əyalətinin keçmiş baş naziri Dominqos Simoes Pereyranın səsvermədə iştirakına qadağa qoyulub. Rəsmi nəticələrin noyabrın 27-də açıqlanacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top