
Batumidə və Tbilisidə 20 gündən artıq saxlanılan Azərbaycana aid yük avtomobillərinin problemi həll edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Report”un Gürcüstan bürosuna yük avtomobillərindən birinin sürücüsü Aslan Kərimov deyib.
O qeyd edib ki, artıq praktiki proseslər başlayıb:
“Problem işıqlandırıldıqdan sonra məsələdə irəliləyiş baş verdi. Hazırda gömrükdə saxlanılan Azərbaycan maşınlarının yükləri keçid üçün hazırlanır. Batumi və Tbilisi terminallarında vəziyyət normallaşmağa başlayıb”.
Onun sözlərinə görə, bu, təkcə tütün yükləri deyil, ərazidə gözləyən digər yük maşınları da buraxılışa hazırlanır:
“Artıq proses başlayıb. Təkcə tütün deyil, digər bütün yük maşınlarını da buraxılışa hazırlaşdırırlar. Görünür, artıq məsələ yoluna qoyulur. Avtomaşınlara vurulan möhürlər açılıb və sabah səhərdən avtomobillər yola düşəcəklər”.
Tətbiqimizi yükləyə bilərsiniz