Türkiyədə 120 şagird yeməkdən zəhərləndi


Türkiyədə 120 şagird ürək bulanması və qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com
İHA-ya istinadən xəbər verir ki, bu barədə Bingöl Valiliyi açıqlama yayıb.
Bildirilib ki, şagirdlər regional internat orta məktəbi və şəhid Hikmət Saydan adına ibtidai məktəbdə naharda toyuq və düyü yeyiblər.
Məktəblərdə yemək yeyən şagirdlərdə ürək bulanması əlamətləri görünəndə həkim qrupları dərhal reaksiya verib. İlkin məlumata görə, xəstələnən 120 şagird 112 Təcili Tibbi Yardım Xidməti tərəfindən Adaklı və Kiğı Rayon Dövlət Xəstəxanalarına aparılıb. Onlardan 13-ü əlavə müayinə üçün Bingöl Dövlət Xəstəxanasına sövq edilib. Bingöl Valiliyi hadisə ilə bağlı həm məhkəmə, həm də inzibati araşdırma başlandığını, şübhəli yeməklərdən nümunələrin götürülərək laboratoriyaya göndərildiyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top