İki dünya müharibəsi görmüş tısbağa öldü


San Dieqo zooparkında “Nənə” adlı Qalapaqos tısbağası 141 yaşında ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
Bildirilib ki, heyvan 1928 və ya 1931-ci ildə Bronks Zooparkından San Dieqo zooparkına gətirilib.
Tısbağa həyatı boyu iki dünya müharibəsinin və 20 ABŞ prezidentinin hakimiyyətinin şahidi olub. Zooparkın əməkdaşları onu “zooparkın kraliçası” adlandırıblar. Qocalıqda “nənə” sümüklərində ciddi problemlərdən əziyyət çəkib, buna görə də onun evtanaziyasına qərar verilib.
Qeyd edək ki, Qalapaqos tısbağaları vəhşi təbiətdə 100 ildən çox yaşaya bilər. Lakin qapalı şəraitdə onların ömrü təxminən iki dəfə artır.

DİGƏR XƏBƏRLƏR

Top