
ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və kürəkəni Cared Kuşner gələn həftə Moskvada Rusiya lideri Vladimir Putinlə görüşəcək.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında deyib.
ABŞ prezidenti deyib ki, Kuşner Ukraynada sülh prosesində iştirak edir və o, Uitkoffla danışıqlar üçün Rusiyaya gedə bilər:
“Məncə, onlar gələn həftə Moskvada prezident Putinlə görüşəcəklər”.
Tətbiqimizi yükləyə bilərsiniz