Ceyhun Bayramov Roma Papası ilə görüşdü − Fotolar


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Roma Papası XIV Leo ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə XİN başçısı “X” hesabında yazıb.
O bildirib ki, Azərbaycan və Müqəddəs Taxt-tac arasında dinlərarası dialoqun və multikulturalizmin təşviqi üçün vacib olan güclü münasibətlər mövcuddur:
“Azərbaycanın dövlət siyasətinin təməl daşını təşkil edən dinlərarası dialoq üçün iki ölkə arasındakı münasibətlər nümunə rolunu oynayır”.

DİGƏR XƏBƏRLƏR

Top