ABŞ tarixinin ən böyük nüvə sualtı qayıqlarının tikintisinə başlayıb


Pentaqon bu həftə “General Dynamics Electric Boat” şirkəti ilə 2,28 milyard dollarlıq müqavilə imzalayaraq Kolumbiya sinifli beş strateji ballistik raket sualtı qayığının tikintisinə start verib.
Yeniavaz.com
“Naked Science”ə istinadən xəbər verir ki, növbəti 50 il ərzində ABŞ-nin dəniz əsaslı nüvə qarşısının alınma strategiyasının əsasını təşkil edəcək bu yeni nəsil sualtı qayıqlar köhnə Ohayo sinifinin mərhələli şəkildə əvəzlənməsini təmin edəcək. Layihə əsasən “Elektrik Boa”t şirkətinin Konnektikut ştatının Qroton şəhərində yerləşən gəmiqayırma zavodunda icra olunacaq, əlavə işlər isə Rod-Aylend və Virciniya ştatlarındakı müəssisələrdə aparılacaq. ABŞ Hərbi Dəniz Qüvvələri üçün indiyədək inşa edilmiş ən böyük sualtı qayıqlar olacaq Kolumbiya sinfi 20.810 ton yerdəyişmə, 170 metr uzunluq və 16 ədəd Trident II (D5) ballistik raketi daşımaq qabiliyyəti ilə seçilir. Onlar həmçinin Virciniya sinifli çoxməqsədli sualtı qayıqların təcrübəsi əsasında hazırlanmış təkmilləşdirilmiş sonar sistemi ilə təchiz ediləcək və ABŞ-nin strateji təhlükəsizlik arxitekturasında mühüm rol oynayacaq.

DİGƏR XƏBƏRLƏR

Top