Niderland səfiri Prezidentin köməkçisi ilə görüşüb


Niderlandın Azərbaycandakı səfiri Marian De Yonq (Marianne de Jong) Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüb və tərəflər ikitərəfli əməkdaşlıq mövzusunda fikir alış-verişi aparıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat səfirliyin “X” platformasındakı paylaşımında yer alıb.
Qeyd olunub ki, görüş zamanı regional vəziyyət, Avropa İttifaqı ilə siyasi və iqtisadi sahələrdə əməkdaşlıq, eləcə də Azərbaycan-Niderland münasibətlərinin inkişaf etdirilməsi istiqamətində perspektivlər müzakirə edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top