
Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti Yaponiyanın "Shinyei Kaisha" şirkəti ilə (VÖEN – 410001008108) satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb. Müqavilənin şərtlərinə görə, "Shinyei Kaisha" şirkəti Alov Qüllələri ətraf ərazisinin hidrogeoloji və sürüşmə tədqiqat işləri aparacaq və əraziyə tədqiqat avadanlıqlarını gətirəcək. Görüləcək işlərin qarşılığında FHN Yaponiya şirkətinə 941 min 120 manat ödəyəcək.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz