“Apple” 14 il sonra “Samsung”u qabaqladı


“Apple” 14 ildə ilk dəfə smartfon tədarükündə “Samsung”u keçib.
Yeniavaz.com
“xəbər verir ki, bu barədə məlumat “Counterpoint Research”ün (CR) araşdırmasında öz əksini tapıb.
Mütəxəssislərin hesablamalarına görə, ABŞ-nin İT nəhəngi 2025-ci ildə “iPhone” tədarükündə 10 faiz artım qeyd etməyə yaxındır.
Onun rəqibi “Samsung”da isə cəmi 4,6 faiz artım qeydə alınıb.
Əgər CR rəqəmləri təsdiqlənərsə, “Apple” 2025-ci ilə qədər qlobal smartfon bazarının lideri olacaq.
CR mütəxəssisləri qeyd ediblər ki, “Apple”ın uğuru “iPhone 17” seriyasının güclü satışı ilə bağlıdır. Yeni modelin satışının ilk ayında “iPhone” tədarükü 22 faiz artıb. Oktyabr ayında isə Amerika şirkətinin smartfon tədarükü illik müqayisədə 37 faiz artıb.
Hesabatda Tim Kukun korporasiyasının “Samsung”u keçərək, ili 19,4 faiz payla başa vuracağı bildirilir. Koreya İT nəhənginin payı isə açıqlanmır.
CR analitikləri hesab edirlər ki, “Apple” ən azı 2029-cu ilə qədər dünyanın ən böyük smartfon satıcısı olaraq qalacaq. Buna qatlanan iPhone və sərfəli “iPhone 17e”nin buraxılması səbəb olacaq.
Qeyd edək ki, analitik Ceff Pu daha əvvəl bildirmişdi ki, ”Apple” 2026-cı ilə üç ucuz cihazın elanı ilə başlayacaq.
Onun sözlərinə görə, şirkət “iPhone 17e”, “iPad 12” və “MacBook”u təqdim edəcək.

DİGƏR XƏBƏRLƏR

Top