Avropada satılan ən bahalı sikkə oldu


İlk dəfə 1609-cu ildə Kral III Filippin əmri ilə zərb edilən 100 eskudoluq İspan qızıl sikkəsi Cenevrədə yerləşən “Numismatica Genevensis SA” hərrac evində satılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hərrac evinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, sikkə 2,8 milyon İsveçrə frankına (3,5 milyon dollara) satılaraq, Avropada hərracda indiyə qədər satılan ən bahalı sikkə olub.
Hərrac evinin saytında verilən məlumata görə, 339 qramlıq sikkə 17-ci əsrdə İspaniya krallığının  zərb etdiyi ən böyük qızıl sikkə olub.
Hərrac evinin məlumatına görə, sikkə heç vaxt gündəlik istifadə üçün nəzərdə tutulmayıb, əksinə, İspan krallığının gücünün və sərvətinin nümayişi kimi xidmət edib.
Sikkə Amerika qitəsindən gətirilən qızıldan mərkəzi Seqoviya şəhərində zərb edilib.
Burada Kastiliya və Leon, Araqon, Portuqaliya, Avstriya, Burqundiya, Brabans və o zamanlar Habsburqların nəzarəti altında olan digər ərazilərin gerbləri təsvir edilib.
Məlumatda deyilir ki, bu nominalda olan bir neçə sikkə 1614-1620-ci illər arasında III Filippin əmri ilə zərb edilib.

DİGƏR XƏBƏRLƏR

Top