
“Məncə, heç yerdə mənə heykəl qoyulmasın. Belə şeyin olmasını ümumiyyətlə istəmirəm. Mən bu xalqın övladıyam”.
Yeniavaz.com xəbər verir ki, bunu “Sportinfo”ya müsahibəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
“Tapşırılan işi layiqincə yerinə yetirməliyəm. Heykəli qoyulası o qədər adam var ki... Bizim müharibədə o qədər qəhrəmanlarımız oldu, öz xarakterini ortaya qoyub ölümə gedənlər oldu... Onların haqqında daha çox danışılmalıdır, nəinki bizim. Bu, gündəlik iş rejimidir, bizə maneə olan, daş atan yoxdur. Sakitcə öz işimizi görürük”, - deyə baş məşqçi bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz