
Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona haqqında animasiya serialı çəkiləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb.
Məlumata görə, serial Hindistanın “Reliance Animation” şirkəti tərəfindən çəkiləcək.
“Reliance Entertainment”in bir hissəsi olan şirkət Maradonanın uşaqlıq illərindən dünya ulduzluğuna gedən həyat yolunu əks etdirəcək.
Film Maradonanın karyerasının əsas məqamlarından, həm meydanda, həm də meydandan kənarda şəxsi mübarizələrindən bəhs edəcək.
“Biz Dieqo Maradonanın qeyri-adi hekayəsini animasiya vasitəsilə yeni nəslə çatdırmaqdan məmnunuq. Onun əzmi, həvəsi və uğuru bütün dünyada tamaşaçılara ilham verəcək”, - “Reliance Entertainment”in baş direktoru Şibasiş Sarkar bildirib.
Qeyd edək ki, Serial hazırlanma mərhələsindədir və yaradıcı heyət, tərəfdaşlar və buraxılış tarixləri haqqında təfərrüatlar daha sonra elan olunacaq.
Xatırladaq ki, Dieqo Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. Onun ölüm səbəbi infarkt olub. 20 may 2021-ci ildə prokurorlar idmançını müalicə edən yeddi tibb işçisinə adam öldürmə ittihamı ilə cinayət işi açıb.
Tətbiqimizi yükləyə bilərsiniz