
Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Parlamentinin sədri Alen Simonyan jurnalistin Ermənistanın niyə KTMT-dən çıxmadığı barədə sualına cavab olaraq bildirib.
“Biz niyə KTMT-dən çıxmırıq? Baxın, biz faktiki olaraq KTMT-dən çıxmışıq. Qalan məsələlərə gəlincə, bunu bizim siyasi maraqlarımıza və danışıqlarımıza buraxın”, - Simonyan bildirib.
Eyni zamanda, o qeyd edib ki, belə bir addımı “anti-Rusiya” əhvali-ruhiyyəsinin təzahürü hesab etmir.
Qeyd edək ki, bundan əvvəl Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan jurnalistlərə bildirib ki, Ermənistanın KTMT-dən çıxması məsələsi hazırda müzakirə olunmur.
Tətbiqimizi yükləyə bilərsiniz