
5 aydan artıqdır ki, həbsdə olan tanınmış jurnalist Fatih Altaylının “Prezidenti hədələmə” işi üzrə hökm çıxarılıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, məhkəmənin hökmü ilə Altaylı 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə, həmçinin onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin davam etdirilməsinə qərar verib.
Məhkəmə zalında hökm etirazla qarşılanıb. Fatih Altaylı da özünü müdafiə etmək üçün gətirdiyi və üzərində qrydlər apardığı kağızları yerə ataraq etiraz edib.
Tətbiqimizi yükləyə bilərsiniz